Yumurta ağı ilə gözəlləşin

Yumurta ağı ilə gözəlləşin

Yumurta ağı bir çox xeyirli xüsusiyyətlərə malikdir. Buna görə də yumurtanın sarısından daha çox ağından istifadə edilir. Yumurta ağı iltihabi prosesləri götürür, qırışları hamarlaşdırır və dərini çox gözəl tonuslaşdırır. Yumurta ağından olan maskalardan istifadə etdikdən sonra dəri daha elastik olur və cavan qalır. Yumurta ağı dərini dartır və yağlılığını aradan götürür.

Ümumi məlumat :

Yumurta ağından olan maskaları həftədə 2 dəfə etmək məsləhət görülür. Adətən, maskalar üçün 1 yumurta ağı kifayət edir. Əgər 1 yumurta ağı sizə kifayət etmirsə, onda 2 ədəd götürün, belə olan halda digər inqredientləri ikili həcmdə götürməli olacaqsınız.

Yağlı dəri üçün maska:

Yumurtanın ağını sarısından ayırıb çalın və üzünüzə çəkin. Tamamilə quruduqdan sonra soyuq su ilə yuyun.

Yağlı dərini təmizləmək üçün maska:

1 çay qaşığı limon şirəsi, 1 xörək qaşığı təzə çəkilmiş qreypfrut şirəsi,1 xörək qaşığı qatıq və 1 yumurta ağını birlikdə qarışdırıb dərinizə çəkin. 15 dəqiqə sonra soyuq su ilə yuyun.

Bütün növ dəri üçün maska:

1 yumurta ağını 1 xörək qaşığı una əlavə edib pasta halı alınana qədər qarışdırın. Bunu üzünüzə çəkin. 15 dəqiqə sonra soyuq su ilə yuyun.

Təmizləyici maska:

1 yumurta ağını üyüdülmüş nar dənəcikləri ilə qarışdırıb üzünüzə çəkin. 10 dəqiqə sonra soyuq su ilə yuyun.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
792 688 660 670 587 613

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.