ice berg

ice berg Programlar 20-02-2026, 09:00

"WhatsApp"dan təhlükəsizliyə görə YENİLİK

"WhatsApp"dan təhlükəsizliyə görə YENİLİK

"WhatsApp" istifadəçi hesablarının qorunmasını gücləndirmək üçün yeni təhlükəsizlik mexanizmi üzərində işləyir. "Android" üçün 2.26.7.8 beta versiyasında hesaba giriş zamanı əlavə PIN-parol təyin etmək imkanı aşkarlanıb.

 

Loading.aZ xəbər verir ki, yeni sistemə əsasən, istifadəçilər 6-20 simvoldan ibarət, ən azı bir hərf və bir rəqəm daxil olan fərdi parol qura biləcəklər. Giriş zamanı standart təsdiq kodundan sonra əlavə olaraq bu parol da tələb olunacaq. 2FA aktivdirsə, hər iki mərhələ ardıcıl şəkildə yoxlanılacaq.

 

Hazırda sınaq mərhələsində olan funksiyanın yaxın vaxtlarda bütün istifadəçilər üçün əlçatan olacağı gözlənilir.

 

Qeyd edək ki, oxşar təhlükəsizlik sistemi Telegram tətbiqində artıq mövcuddur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
171 168 178 164 196 180

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.