ice berg

ice berg Avto Dünya 24-02-2026, 19:00

40 min "Volvo" geri çağırılır

40 min "Volvo" geri çağırılır

"Volvo Cars" elektrik avtomobillərində aşkar edilən mümkün nasazlıqla bağlı genişmiqyaslı geri çağırma qərarı verib.

 

Loading.aZ xarici mətbuata istinadən xəbər verir ki, şirkət akkumulyator batareyalarının həddindən artıq qızma ehtimalı səbəbindən ümumilikdə 40 323 ədəd EX30 modelini servisə dəvət edir. 

 

Rəsmi açıqlamada bildirilir ki, problem təhlükəsizlik baxımından risk yarada bilər. Bu səbəbdən bütün nasaz batareyalar müştərilər üçün tamamilə ödənişsiz şəkildə yeniləri ilə əvəz olunacaq. Eyni zamanda, avtomobil sahiblərinə ehtiyat tədbiri kimi batareyanın enerji yüklənməsini maksimum 70 faiz səviyyəsində saxlamaq tövsiyə edilib.

 

Mütəxəssislərin fikrincə, belə geniş geri çağırma kampaniyası istehsalçının bazardakı imicinə mənfi təsir göstərə bilər. Hesablamalara görə, yalnız təchizatçıdan alınacaq yeni batareyaların dəyəri təxminən 195 milyon dollar ola bilər ki, bu da şirkət üçün ciddi maliyyə yükü deməkdir.

 

Qeyd edək ki, EX30 modeli "Volvo"nun elektrik avtomobil strategiyasında əsas modellərdən biri hesab olunur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
177 183 141 205 160 191

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.