ice berg

ice berg İdman 25-02-2026, 08:00

"Neftçi" onun nömrəsini əbədiləşdirdi

"Neftçi" onun nömrəsini əbədiləşdirdi

“Neftçi” futbolçusu Anatoli Banişevskinin 9 nömrəli formasını əbədiləşdirib.

 

Loading.aZ xəbər verir ki, bu haqda klub məlumat yayıb.

 

Bildirilir ki, 2026/2027 mövsümündən etibarən komandanın 9 nömrəli forması istifadədən qaldırılacaq.

 

Bununla bağlı qərar fevralın 23-də anadan olmasının 80 illiyi tamam olan futbolçunun xatirəsinə ehtiram əlaməti olaraq qəbul edilib.

 

“O, 16 il ərzində bu nömrəni şərəf və sədaqətlə geyindi. Bu formanı heç nəyə dəyişmədi. Bu nömrə altında saysız-hesabsız qələbə qolu vurdu, “Neftçi” adını yüksəklərə daşıdı. Bundan sonra da “Neftçi”nin 9 nömrəli forması əbədiyyətə qədər Anatoli Banişevskinin olacaq”, - məlumatda qeyd

olunub.

 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
183 135 152 156 179 147

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.