AzizA

AzizA Yumor 24-02-2026, 23:23

Bir az gülək ;)

Bir az gülək ;)

Günlərin birində Mollanın həyətinin qapısını çıxarıb aparırlar. Molla nə qədər axtarırsa, oğrunu tapa bilmir. Axırda gedib məscidin qapısını çıxardır. Dalına alıb aparanda mücavir tutur yaxasından ki:
– Nə eləyirsən?
Molla deyir:
– Deyirsiniz ki, Allah hər şeydən xəbərdardı. Əgər doğrudursa, demək ki, mənim qapımı oğurlayandan da xəbəri var. Desin oğrumu, verim qapısını.

Molla bir dükandan manata bir şalvar alır. Hələ pulunu verməmiş
fikirləşir ki: "şalvarım o qədər də köhnə deyil, cübbəm ondan
köhnədir. Yaxşısı budur, şalvarın əvəzinə bir cübbə alım". Dükançıya
deyir:
– Qardaş, şalvarı istəmirəm. Götür, qoy yerinə, elə o qiymətə bir
cübbə ver.
Dükançı cübbəni verir. Molla geyib pul-zad vermədən düzəlir
yola. Dükançı deyir:
– Molla, pul vermədin.
Molla deyir:
– Nə pul? Əvəzində şalvarı qoydum qaldı da...
Dükançı deyir:
– Yaxşı, şalvarın da pulunu verməmişdin axı...
Molla deyir:
– Qəribə adamsan ha... Şalvarı aparmıram ki, pulunu da verəm.

Aldığını verməyən qohumlarından biri Mollanın yanına gəlir ki:
– Qohum, bir həftəliyə mənə əlli manat ver, bir al-verim var, iyirmi
manat qazanc eləyəcəyəm. Sonra sənin əlli manatını qaytararam,
üstəlik qazancdan da on manat verərəm, on manat da mənə qalar.
Molla fikirləşir ki, pulu verməsə, gedib bütün qohum-qardaşa giley
eləyəcək ki, Molla on manat qazancı mənim əlimdən çıxartdı.
Verməyə də qorxur, çünki bilir ki, bu qohum aldığını qaytaran deyil.
Odur ki, on manat verib deyir:
– Al, mən sənin qazancını indidən verim, on manat sən qazan, qırx
manat da mən.

Molla arvadı ilə gölə paltar-palaz yumağa gedir. Bunların başı
qarışır, bir qarğa sabunu götürüb uçur. Arvad bunu görüb qışqırır:
– A kişi, qoyma! Qarğa sabını apardı.
Molla deyir:
– Görmürsən, yazığın üst-başı qapqaradır. Niyə qoymuyum? Lazım
olmasa, aparmaz ki...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
204 250 224 255 200 286

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.