Üzr istəyim!
Istənəcək üzürüm var neçə-neçə!
Gərəksizcə qopardığım gül- çiçəkdən,
Ya bilərək, ya bilmədən tapdadığım
qarışqadan, ya böcəkdən.
Içimdəki kədərimi sinəsinə
həkk etdiyim kağıza da,
yaza-yaza bitirdiyim qələmə də,
veriləsi borcum qalır üzr deyə!
Sinəsini tapdayaraq gəzdiyim bu torpaqdan da,
Istənəcək üzürüm var dönə-dönə.
Əfv etməsə məzarımda üşüdəcək torpaq məni,
Yorğan kimi çəkdiyimdə üzərimə.
Istənəcək üzürüm var susuzluqdan yananlardan!
Çünki onlar bircə damla su dilərkən,
Neçə bardaq su tökmüşəm boş yerə mən.
Üzürüm var gündüzlərdən,
çox zamanı əbəs yerə keçirmişəm.
Bir qafiyə yazmadığım gecədən də,
Yatmadığım gecələrdə görüləsi yuxumdan da,
Üzr istəyim gərək hər gün dönə-dönə!
Gərəksizcə qopardığım gül- çiçəkdən,
Ya bilərək, ya bilmədən tapdadığım
qarışqadan, ya böcəkdən.
Içimdəki kədərimi sinəsinə
həkk etdiyim kağıza da,
yaza-yaza bitirdiyim qələmə də,
veriləsi borcum qalır üzr deyə!
Sinəsini tapdayaraq gəzdiyim bu torpaqdan da,
Istənəcək üzürüm var dönə-dönə.
Əfv etməsə məzarımda üşüdəcək torpaq məni,
Yorğan kimi çəkdiyimdə üzərimə.
Istənəcək üzürüm var susuzluqdan yananlardan!
Çünki onlar bircə damla su dilərkən,
Neçə bardaq su tökmüşəm boş yerə mən.
Üzürüm var gündüzlərdən,
çox zamanı əbəs yerə keçirmişəm.
Bir qafiyə yazmadığım gecədən də,
Yatmadığım gecələrdə görüləsi yuxumdan da,
Üzr istəyim gərək hər gün dönə-dönə!






