ice berg

ice berg Avto Dünya 28-02-2026, 14:00

Hibrid avtomobillərin idxalının artıb: Bazara necə təsir edəcək?

Hibrid avtomobillərin idxalının artıb: Bazara necə təsir edəcək?

Ötən il Azərbaycana gətirilən hibrid avtomobillərin sayı artıb.

 

Konkret olaraq, keçən ol ölkəmizə 73 min 678 ədəd hibrid avtomobil gətirilib. Onların ümumi dəyəri isə 1 milyard 428,23 milyon ABŞ dolları təşkil edib. Söhbət həm daxili yanma, həm də elektrik mühərriki ilə işləyən nəqliyyat vasitələrindən gedir. 

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici 2024-cü illə müqayisədə dəyər baxımından 2 dəfə, say etibarilə isə 2,8 dəfə artım deməkdir. 

 

Belə bir artım fonunda sual yaranır: Hibrid avtomobillərin idxalındakı yüksəliş ölkənin avtomobil bazarının qiymət siyasətinə, rəqabət mühitinə və alıcı davranışına hansı istiqamətdə təsir göstərəcək? 

 

Mövzu ilə bağlı açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, daxili yanma mühərriklə hərəkət edən nəqliyyat vasitələrinin rentabelliyi daha yüksək hesab olunur:

"Bu tip avtomobillərin əsas üstünlüyü ondan ibarətdir ki, yanma nəticəsində yaranan istilik enerjisi mexaniki enerjiyə, mexaniki enerji isə kinetik enerjiyə çevrilir. Onlar bir növ “az enerji ilə daha çox məsafə qət etmək” prinsipi əsasında işləyir".

 

Onun sözlərinə görə, məsələnin digər tərəfini də nəzərə almaq lazımdır:

 

"Nəqliyyat vasitələrinin ölkə ərazisində hərəkət rentabelliyi onların ümumi iş prinsipi və enerji çevrilmə əmsalları ilə birbaşa bağlıdır. Hər hansı bir nəqliyyat vasitəsinin səmərəli hərəkəti üçün bu göstəricilər mütləq şəkildə nəzərə alınmalıdır. Söhbət Çindən getmir, keyfiyyətli nəqliyyat vasitələrinin ölkəyə idxalı bu müştərilərin istəyinə uyğun olur, onlar da məlum vəziyyətdən məmnun qalırlar. Keyfiyyətli nəqliyyat vasitəsi alış-veriş qiymətinə də təsir edir"

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
177 144 156 152 167 213

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.