ice berg

ice berg Hekayələr 3-03-2026, 15:15

Tolstoyun "İnsan nə ilə yaşar" adlı əsərində...

Tolstoyun "İnsan nə ilə yaşar" adlı əsərində...

🪻🌹🍃🌾🌙🪶☘️🤍

_Tolstoyun "İnsan nə ilə yaşar" adlı əsərində Pahom adlı əkinçi özü üçün öz sadə həyatını yaşayır amma daha varlı bir həyatın xəyalını qururmuş._

_Uzaq ellərdə əliaçıq bir rəhbərin qarşılıqsız olaraq hər kəsə torpaq verdiyini eşidəndə daha çox torpaq əldə etmək üçün o rəhbərin yanına gedib öz istəyini bildirir. Həqiqətən də o rəhbər hamıya istədiyi qədər torpaq verən comərd biri imiş._ 

_Pahoma deyir ki, sabah günəş doğandan batana qədər gəzdiyin bütün yerlər sənin olacaq amma günəş batmadan yenidən başladığın yerə qayıtmağın lazımdır. Yoxsa bütün haqqını itirmiş olarsan._

_Pahom Günəş çıxan kimi başlayar gəzməyə. Tarlalar, bağlar, bağçalar gəzər, geri dönmək istəyərkən bir münbit ərazi görər. Bu bağ, bu bostan deyərkən, bir də baxar ki, günəşin batmağına az qalıb._ _Qaçar, qaçar amma nəfəsi kəsilər. Halsız addımlarla gəzməyə davam edərkən, burnundan qan açılar. Başladığı yerə çatmaq üzrəykən yerə yıxılar və bir daha ayağa qalxa bilməz._

_O rəhbər də bütün hadisəni izləyirmiş. Dəfələrlə şahid olduğu şey təkrarlanmışdı. Adamlarına bir məzar qazdırır, əkinçini də ora basdırırlar._

_Rəhbər Pahomun məzarı üstündə durar və deyər ki; "Bir insana yetəcək torpaq bax bu qədərdir"._

 

İnsan övladı davamlı olaraq yığmaq istəyir. Yediyimizdən artıq ərzaq, geydiyimizdeən artıq geyimlər, istifadə etmədiyimiz qədər əşyalar, hamısında yaşamağımızın mümkün olmadığı qədər ev alırıq.

_Gözlərimiz mədələrimizdən, arzularımız ehtiyaclarımızdan daha böyükdür. Və hər gün böyüməyə də davam edir._

🍃🌾🪻🌹🍃🌾🪻🌹

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
183 164 123 160 188 134

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.