Rasim və Gülnarə ( II hissə)
Martın biri idi. Artıq isti nəfəsli bahar yurdumuza qədəm basmışdı. Təbiət oyanır, ağaclar çiçəkləyir və sanki, həyata yeni nəfəs gəlirdi. Rasim də bu gözəl bahar günlərində sevgisini etiraf etmək qərarına gəlir. Üz-üzə Gülnarəyə onu sevdiyini etiraf etməyə cəsarət etməsə də, "Facebook" vasitəsi ilə ona sevgi hisslərini çatdırır: "Salam Gülnarə, axşamın xeyr. Bəlkə də mənim sənə deyəcəyim sözlər sənin üçün gözlənilməz oldu. Bəlkə də əksinə. Ümid edirəm ki məni düzgün başa düşəcəksən. Səni gördüyüm ilk gündən, ilk andan, ilk saniyədən sevdim səni - özü də bütün varlığımla sevdim səni. Sənin mənə münasibətinin necə olmağından asılı olmayaraq hər zaman sevəcəyəm səni. Hər açılan səhərin səninlə açılacaq. Hər doğan günəşim səninlə doğacaq. Gecələr sənin xəyallarınla gözlərimi yumacam. Sənin cavabını gözləyirəm. Ümid edirəm ki, qəlbimi qırmayacaqsan "Və mənim saf məhəbbətimə laqeyd qalmayacaqsan". Bir neçə saatdan sonra Gülnarədən cavab gəldi. "Bizdə alınmaz. Biz başqa-başqa dünyanın adamlarıyıq. İncimə, səninlə yalnız dost kimi qala bilərik". Gülnarədən "yox" cavabı Rasimin ümidlərini büsbütün alt-üst etdi. Dünyada ümidin qırılmağından əclaf şey yoxdu. Nəyəsə inanırsan, ümid edirsən və nəticədə ümidlərin puç olur. Bəlkə də insanı həyatda yaşadan ümiddir, inamdır. Ancaq nə edək ki, taleyin amansız qaydaları ilə barışmalı oluruq. Heç kəs o qaydaları poza bilməz. Bir insanın digərini sevməsi də, ondan ayrılması da taleyin işidir. Rasim də öz taleyi ilə barışmalı olur və düşünür ki, yazıya pozu yoxdur.






