Jafarova

Jafarova Hekayələr 6-03-2026, 11:20

Rasim və Gülnarə (III hissə)

Rasim və Gülnarə (III hissə)

Tale elə gətirir ki, Rasimlə Gülnarə yenidən qarşılaşmalı olur. Bu dəfə isə tanınmış sənətçilərdən birinin konsertində. Rasim, ilk öncə, Gülnarəyə yaxınlaşmağa tərəddüd edir. Lakin ürəyində olan alovlu sevgi bütün tərəddüdləri bir anın içində üstələyir. Və, nəhayət ki, Gülnarəyə yaxınlaşır:

- Salam, necəsən?

- Çox sağ ol Rasim, sən necəsən? İşlərin necə gedir?

- Təşəkkür, hər şey əladı. Şad oldum səninlə yenidən görüşməyə. Çoxdan səni yenidən görmək istəyirdim.

- Düzünü desəm, Rasim, elə mən də səni görmək istəyirdim. Sən dəyərli, sevgisinə etibarlı oğlansan. İndiki zamanda belələrini tapmaq çox çətindir.

Gülnarənin bu sözləri Rasimə bir xoşbəxtlik, səadət bəxş etmiş oldu. O, bu günü, Gülnarənin bu cür sözlərini eşitməyi çoxdan gözləyirdi. Axı Gülnarənin "yox" cavabı Rasimi öz eşqindən döndərə bilməmişdi.

Müəllif:Anar Məcidzadə

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
155 188 154 166 190 242

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.