Crazy_GirL

Crazy_GirL Maraqlı 22-10-2017, 22:05

Çin mədəniyyəti

Çin mədəniyyəti


Çin – qədim tarixə və zəngin mədəniyyətə malik ölkədir və öz bayramlarının çoxcəhətli ənənəsi ilə məşhurdur.

Rəsmi bayramlar Çində Yeni il (bütün ölkədə yanvarın 1-i qeyd olunur), Bahar bayramı (Ay təqvimi ilə Yeni il, bütün ölkədə üç gün qeyd olunur), Beynəlxalq qadınlar günü (8 mart), Zəhmətkeşlərin beynəlxalq həmrəylik günü (1 may), ümumxalq tərəfindən bir gün qeyd olunur, Çin gəncliyi günü (4 may), Uşaqların beynəlxalq müdafiəsi günü (1 iyun), Çin Milli-azadlıq ordusunun yaranması günü (1 avqust), Müəllim günü (10 sentyabr), ümumxalq səviyyədə üç gün qeyd olunan ÇXR Milli bayramıdır (1 oktyabr).
ÇXR Milli bayramı (1 oktyabr)


Bunlardan əlavə Çində Milli bayramlar geniş qeyd edilir. Cədvəl 5-də bu bayramların adı və keçirilmə tarixi göstərilir. Ümumi bayramlarla yanaşı bir çox milli azlıqlar öz ənənəvi bayramlarını da qoruyub saxlamışdılar. Məsələn, daylarda bu "Su bayramı", monqollarda "Nadom"dur, iyanlar "Məşəl bayramını" qeyd edir, yaotyanlar "Danu bayramını" bayram edir, baylar "Mart bazarı", çjuanlar – mahnı yarışları keçirir, tibetlilər tibet Yeni ilini və "Vanqo" məhsul bayramını, myaotyanlar "Tyaoxua" bayramını keçirirlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
746 817 727 710 740 765

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.