ice berg

ice berg Məşhurlar 12-03-2026, 08:00

Zülfiyyə Xanbabayevadan Mehinə mahnı qadağası

Zülfiyyə Xanbabayevadan Mehinə mahnı qadağası

Müğənni Mehin Hümbətova ilə Xalq artisti Zülfiyyə Xanbabayeva arasında mahnı üstündə mübahisə yaranıb.

 

Loading.aZ xəbər verir ki, bununla bağlı Mehin “Qonaqcanlı” verilişində danışıb. O bildirib ki, Xanbabayeva ona mahnısını oxumağa icazə verməyib:

 

“Zülfiyyə Xanbabayevanın repertuarındakı bütün mahnıları çox sevirəm. Çünki biz bu mahnılarla böyümüşük. “Sənsiz” mahnısını ifa etmək istədik. Zülfiyyə xanım əvvəlcə icazə verdi. Biz artıq aranjimanı, demək olar, bitirmişdik, hazır idi. Nigar xanım (prodüser Nigar Hacızadə - red.) zəng edib dedi ki, harada istəyirsə, ifa etsin, amma bu mahnını yayımlamasınlar. Bəstəkar Hüseyn Abdullayev idi, ondan icazə ala bilmədiyimiz üçün, Zülfiyyə xanıma müraciət etdik. Yəqin ki, özü yenidən mahnını oxumaq istəyir, ona görə də icazə vermədi. Eybi yox, olur belə şeylər”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
156 160 175 185 196 178

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.