ice berg

ice berg Avto Dünya 12-03-2026, 14:00

"Volkswagen"dən kəskin ixtisar: 50 min iş yeri ləğv edilir

"Volkswagen"dən kəskin ixtisar: 50 min iş yeri ləğv edilir

Almaniyanın avtomobil istehsalçısı "Volkswagen Group" 2030-cu ilə qədər Almaniyada 50 000 iş yerini ixtisar edəcək.

 

Loading.aZ xəbər verir ki, bu barədə şirkətin illik hesabatında məlumat verilib.

 

Şirkətin 2025-ci maliyyə ili məlumatlarına görə, "Volkswagen" Almaniya zavodlarında işçi heyətini və istehsal gücünü məhdudlaşdırmaqla xərclərini 1 milyard avro azaltmağı bacarıb.

 

Qeyd olunub ki, şirkət rəhbərliyi 2030-cu ilə qədər xərcləri ildə 6 milyard avro azaltmağı hədəfləyir. Xəbərə görə, 2024-cü illə müqayisədə şirkətin 2025-ci ildə mənfəəti 53.5% azalaraq 19 milyard avrodan 9 milyard avroya düşəcək, ümumi satışlar isə 0.2% azalacaq.

 

2024-cü ilin sonunda uzun danışıqlardan sonra şirkət və həmkarlar ittifaqı 2030-cu ilə qədər Almaniyada 35 000 iş yerinin ixtisarını nəzərdə tutan yenidənqurma proqramı barədə razılığa gəlib. İndi şirkət rəhbərliyi əlavə işçi heyətini ixtisar etmək qərarına gəlib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
170 178 172 218 169 202

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.