ice berg

ice berg Ana və uşaq 12-03-2026, 20:00

Tərbiyədə sərt nizam-intizam uşaqlara pis təsir edir - ƏQLİ GERİLİK YARANIR

Tərbiyədə sərt nizam-intizam uşaqlara pis təsir edir - ƏQLİ GERİLİK YARANIR

Sərt nizam-intizam şəraitində tərbiyə alan uşaqlarda gələcəkdə psixi sağlamlıq problemlərinin yaranma riski artır.

Kembric və Dublin Universitetlərinin alimləri araşdırmaları nəticəsində bu qənaətə gəliblər.

Tədqiqatda 7,5 mindən çox irlandiyalı uşaq iştirak edib. Əvvəlcə onların həyatı və sağlamlığı haqqında məlumat toplanıb. Daha sonra hər bir uşaqda psixi sağlamlıq problemlərinin xarici və daxili əlamətlərini müəyyən etməyə kömək edən "Gücü və çətinlikləri müəyyən etmək" adlı anketdən istifadə olunub.

Könüllü valideynlər üç valideynlik üslubuna görə qruplara bölünüb. Birinci qrup uşağın ehtiyaclarına dəstək və diqqət göstərirdi, ikinci qrup bəlli gözləntilər və qaydalar tətbiq edirdi. Üçüncü qrupsa sərt intizam və cəza tədbirləri görürdü.

"Epidemiology and Psychiatric Sciences" jurnalında dərc edilən araşdırmanın nəticələrinə görə, ZEüçüncü qrup valideynlərin uşaqlarında gələcəkdə həmyaşıdları ilə müqayisədə zehni problemlərlə üzləşib.

"Nəticəmizlə biz heç bir halda valideynlərə övladlarının davranışlarında aydın sərhədlər qoymaqdan tamamilə imtina etməyi təklif etmirik. Lakin uşağın psixi sağlamlığına təsir edən bəzi ciddi,sərt qaydalara da haqq qazandıra bilmərik. Yoxsa bunun nəticəsi göz qabağında. Bu halda gələcəyə sağlam olmayan nəsil yetişdirmiş oluruq",- deyə tədqiqatın aparıcı müəllifi mütəxəssis İoannis Katsantonis bildirib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
190 158 167 180 172 165

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.