AzizA

AzizA Müxtəlif 16-03-2026, 08:30

Pentaqonun arxivində iki mindən çox UNO hadisəsi var imiş

Pentaqonun arxivində iki mindən çox UNO hadisəsi var imiş

ABŞ hökuməti uçan naməlum obyektlərlə (UNO) bağlı məlumatların açıqlanmasına daha ciddi yanaşsa da, bu mövzuda akademik tədqiqatlar hələ də məhdud qalır.

Bu barədə naməlum anomal hadisələr üzrə tədqiqatçı Darrell Evans "Live Science" saytına müsahibəsində danışıb.

O hesab edir ki, hökumətin bu mövzuya artan diqqətinə baxmayaraq, universitetlər və elmi qurumlar hələ də UNO ilə bağlı araşdırmalara fəal şəkildə qoşulmurlar.

ABŞ Prezidenti Donald Tramp 2026-cı ilin fevralında Pentaqona və digər federal qurumlara UNO və ya naməlum anomal hadisələrlə bağlı hökumət sənədlərinin açıqlanmasını tapşırıb.

Hazırda Pentaqonun bu hadisələri araşdıran qurumu olan AARO-nun məlumat bazasında 1945-ci ildən bəri qeydə alınmış 2 mindən çox belə hadisə yer alır. Bu məlumatların əksəriyyəti hərbçilər və pilotlar tərəfindən təqdim olunub.

Sorğular göstərir ki, bir çox alim mövzunun vacib olduğunu düşünsə də, karyeralarına zərər dəyə biləcəyindən ehtiyat edərək bu sahədə araşdırmalardan uzaq durur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
165 164 229 199 181 151

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.