ice berg

ice berg Texnologiya 16-03-2026, 20:00

Süni intellekt məzmunu üçün yeni qaydalar: Şəffaflıq artacaqmı? - EKSPERT AÇIQLADI

Süni intellekt məzmunu üçün yeni qaydalar: Şəffaflıq artacaqmı? - EKSPERT AÇIQLADI

Süni intellektlə hazırlanmış foto, video və audio materiallara dair yeni tələb qoyulur. Layihəyə əsasən, süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış foto, video və ya audio materiallar kütləvi nümayiş etdirildikdə belə texnologiyalardan istifadə edilməklə hazırlandığını aydın şəkildə göstərən və asanlıqla görünən nişanlanma ilə təmin edilməlidir. Bəs bu layihə nə dərəcədə effektiv olacaq?

 

Məsələ ilə bağlı Mediada İnnovativ Təşəbbüslərə Dəstək İB sədri, media eksperti Müşfiq Ələsgərli  açıqlamasında bildirib ki, süni intellekt vasitəsilə tərtib edilən foto, video və audio materiallara dair yeni qaydaları ehtiva edən layihənin hazırlanaraq müzakirəyə çıxarılması beynəlxalq praktikaya tam uyğundur:

 

"Məlumat üçün qeyd edim ki, Azərbaycandan öncə dünyanın bir sıra dövlətləri artıq buna bənzər qanunları qəbul ediblər, yaxud, müzakirəyə çıxarıblar. O cümlədən, Avropa Parlamenti tərəfindən Aİ qanunvericiliyinə edilən əlavə və dəyişikliklərdə də bu məsələ öz əksini tapıb. Azərbaycan beynəlxalq praktikada yer vtutan bu mövzunu gündəmə gətirməklə, informasiya məkanını manipulyasiyalardan qorumaq məqsədi güdür. Süni intellektlə yaradılan məzmunun nişanlanmasını tətbiq etməklə, informasiya mühitində şəffaflığı artırmaq və deepfake texnologiyalarının yaratdığı riskləri azaltmaq mümkündür.

 

Qeyd etmək lazımdır ki, xəbər istehsalı, informasiya işi tarix boyu texnoloji tərəqqi ilə bağlı olub. İndi də belədir: süni intellekt media üçün yeni texnologiyadır və bənzərsiz imkanlar təqdim edir. O, faktları axtarmaq, məlumat toplamaq, ideyalar formalaşdırmaq, mətn tərtib etmək və sair bu kimi prosesində əhəmiyyətli dəyişiklikləri ehtiva edir. Bir sözlə, süni intellekt qlobal informasiya landşaftında inqilabi dəyişiklik etmək potensialına malikdir.

 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
190 186 195 175 201 222

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.