AzizA

AzizA Sağlamlıq 21-03-2026, 08:30

İdeal bədən quruluşuna 6 həftədə sahib olun

İdeal bədən quruluşuna 6 həftədə sahib olun

Sürətli pəhrizlər və həddindən artıq fiziki yüklənmə orqanizmi yorur və itirilmiş çəkinin qısa müddətdə geri qayıtmasına səbəb olur. Buna görə mütəxəssislər kəskin məhdudiyyətlər əvəzinə tədrici və balanslı yanaşmanı tövsiyə edirlər.

Loading.Az xəbər verir ki, bu barədə LEVITA beynəlxalq balet və dartınma studiyaları şəbəkəsinin baş məşqçisi Akulina Baxturina danışıb.

Onun sözlərinə görə, altı həftə ərzində yağ kütləsini azaltmaq və əzələləri bərkitmək mümkündür. Sağlam çəki itkisi üçün həftədə 0.5-1 kiloqram norma sayılır.

Uğurlu nəticə üçün həftədə 3-4 dəfə, hər biri 30-45 dəqiqə olmaqla məşq etmək kifayətdir. Proqram güc, kardio və dartınma hərəkətlərinin kombinasiyasından ibarət olmalıdır.

Proqram üç mərhələdən ibarətdir:

1-2-ci həftə: bədənin yeni rejimə uyğunlaşması

3-4-cü həftə: məşqlərin intensivliyinin artırılması

5-6-cı həftə: əldə olunan nəticələrin möhkəmləndirilməsi

Mütəxəssis qeyd edir ki, plank və çömbəlmə kimi baza hərəkətləri kifayət edir. Hər gün fasiləsiz məşq etmək düzgün deyil, bərpa üçün həftədə 2-3 gün istirahət vacibdir.

Bundan əlavə, sağlam yuxu, düzgün qidalanma və stressdən uzaq durmaq yaxşı nəticə üçün əsas şərtlər hesab olunur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
174 184 153 184 211 180

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.