ice berg

ice berg Texnologiya 21-03-2026, 20:00

"Amazon" süni intellektli smartfon üzərində işləyir

"Amazon" süni intellektli smartfon üzərində işləyir

"Amazon" şirkəti süni intellekt inteqrasiyalı yeni smartfon üzərində işləyir.

 

loading.aZ xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.

 

Məlumata görə, cihaz fərdiləşdirilmiş mobil qurğu olacaq və "Alexa" səs köməkçisi ilə sinxron işləyərək istifadəçilərə "Amazon" xidmətlərinə daimi çıxış imkanı verəcək.

 

Mənbələrin sözlərinə görə, smartfonun əsas xüsusiyyəti süni intellektin dərin inteqrasiyası olacaq. Bu yanaşma ənənəvi tətbiq mağazalarından qismən imtina etməyə şərait yarada bilər, çünki bir çox funksiyalar birbaşa süni intellekt vasitəsilə əlçatan olacaq.

 

Cihazın təqdimat tarixi, qiyməti və layihəyə yatırılan investisiyanın həcmi hələlik açıqlanmayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
165 192 213 195 198 192

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.