cabir

cabir Sağlamlıq 21-03-2026, 18:30

Təmizləyici su filtrlərinin gizli fəsadları açıqlandı

Təmizləyici su filtrlərinin gizli fəsadları açıqlandı

"Filtrdən axan təmiz su, əgər qurğuya düzgün qulluq edilmirsə, hər zaman təhlükəsiz olmur".       Sun.Az         xəbər verir ki, bu barədə Kp.ru-ya istinadən Rusiya Dövlət Dumasının səhiyyənin mühafizəsi komitəsinin sədr müavini Tatyana Solomatina bildirib.             

Onun sözlərinə görə, filtr vaxtında dəyişdirilmədikdə, o təkcə suyu təmizləmək funksiyasını itirmir, həm də infeksiyaların yayılması üçün mənbəyə çevrilir:

"Filtrdən çox və ya az istifadə olunmasından asılı olmayaraq, arzuolunmaz mikroorqanizmlər onun daxilində inkişaf edə bilər".

Mütəxəssis izah edib ki, filtrin içərisində zaman keçdikcə mikrobların çoxalması üçün əlverişli, durğun mühit formalaşır:

"Hətta nadir istifadə belə bu riskləri aradan qaldırmır. Buna görə də filtrin dəyişdirilmə müddətlərinə və istehsalçının tövsiyələrinə ciddi riayət etmək vacibdir".

Rusiyalı deputat qeyd edib ki, özü filtr elementlərini təxminən hər altı aydan bir dəyişir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
139 182 192 201 194 184

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.