amon

amon İdman 21-03-2026, 21:51

Ernesto Valverde mövsümün sonunda "Atletik"in baş məşqçisi vəzifəsini tərk edəcək

Ernesto Valverde mövsümün sonunda "Atletik"in baş məşqçisi vəzifəsini tərk edəcək

İspaniyanın "Atletik" komandasının baş məşqçisi Ernesto Valverde mövsümün sonunda vəzifəsindən ayrılacağını açıqlayıb.

"Duz.Az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, təcrübəli mütəxəssis qərarını bir müddətdir düşündüyünü və rəhbərliklə müzakirə etdiyini bildirib.

O, açıqlamasında azarkeşlərə müraciət edərək növbəti mövsümdən etibarən komandaya rəhbərlik etməyəcəyini deyib.

Qeyd edək ki, Ernesto Valverde "Atletik"də üçüncü dəfədir çalışır. O, 2003–2005 və 2013–2017-ci illərdə də komandaya rəhbərlik edib, 2022-ci ildə isə yenidən kluba qayıdıb.

Valverde Bilbao təmsilçisi ilə 2015/2016 mövsümündə İspaniya Superkubokunu, 2023/2024 mövsümündə isə ölkə kubokunu qazanıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
172 222 220 188 221 215

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.