AzizA

AzizA Avto Dünya 27-03-2026, 10:30

Yanacağın bahalaşması işlənmiş elektromobillərə marağı artırıb

Yanacağın bahalaşması işlənmiş elektromobillərə marağı artırıb

Yaxın Şərqdə davam edən münaqişə Avropada avtomobil yanacağının bahalaşmasına səbəb olub.

Loading.az xəbər verir ki, bahalaşma işlənmiş elektromobillərə marağı artırıb. Norveçli ekspert Terje Dahlqren bildirir ki, işlənmiş avtomobil bazarı proseslərə daha tez reaksiya verir. Son bir ayda Avropa İttifaqında yanacağın orta qiyməti 12 faiz artaraq 1,84 avronu ötüb. Bəzi ölkələrdə yanacaq 2 avrodan bahadır.

Amsterdamda yerləşən “Olx” satış platformasının ekspertləri bildirirlər ki, son 2 həftədə elektrik mühərrikli avtomobillərin axtarışları Portuqaliyada 54 faiz, Fransada 50 faiz, Rumıniya və Polşada isə 40 faiz artıb.

Almaniyanın əsas avtomobil satış saytı olan “mobile.de”də elektromobil axtarışları martın sonunda 12 faizdən 36 faizə qalxıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
157 146 130 142 109 141

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.