ice berg

ice berg Texnologiya 27-03-2026, 16:00

Ən həssas "iPhone" modelləri bunlardır

Ən həssas "iPhone" modelləri bunlardır

Fırıldaqçı və haker hücumlarına qarşı ən həssas “iPhone”lar təhlükəsizlik yeniləmələrini (patch) almayan köhnə cihazlardır.

 

Loading.aZ. xəbər verir ki, bu barədə “TechCrunch” nəşri məlumat yayıb.

 

Materialda bildirilir ki, təkcə son bir ayda “Google”, “iVerify” və “Lookout” şirkətlərinin təhlükəsizlik mütəxəssisləri bir neçə iri haker hücumunu qeydə alıblar. Ekspertlərin sözlərinə görə, bu hücumlar “demək olar ki, seçimsiz şəkildə bütün dünyada istifadəçiləri hədəf alır”. Əsas risk qrupuna isə köhnə və ya proqram təminatı (OS) ən son versiyaya yenilənməmiş Apple cihazlarının istifadəçiləri daxildir.


“iVerify” şirkətinin həmtəsisçisi Mattias Frilinqsdorf “TechCrunch”a bildirib ki, ən yeni iOS versiyalarından istifadə edənlərə qarşı hücumlar kütləvi xarakter daşımır. Bunun səbəbi odur ki, aktual əməliyyat sistemləri maksimum dərəcədə qorunur və onları sındırmaq üçün böyük səylər tələb olunur. Əksinə, köhnə proqram təminatlı cihazları sındırmaq daha asandır.

 

Təhlükəsizlik eksperti Patrik Uordl isə qeyd edib ki, bu hücumların əksəriyyətini “yüksək texnologiyalı” adlandırmaq çətindir. Adətən onlar zəif qorunan əməliyyat sistemlərini hədəf alır və müəyyən bacarıq və avadanlıqla nisbətən asanlıqla həyata keçirilir. Bu səbəbdən mütəxəssislər istifadəçilərə smartfonlarını vaxtında yeniləməyi tövsiyə edirlər.

 

Martın sonunda təhlükəsizlik mütəxəssisləri istifadəçiləri Coruna adlı zərərli proqramdan qorunmaq üçün “iPhone”larını yeniləməyə çağırıblar. Onların sözlərinə görə, əsas risk altında iOS 18 və daha köhnə versiyalarda işləyən cihazlar olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
158 153 115 121 182 163

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.