ice berg

ice berg Azərbaycan 31-03-2026, 12:00

"Kəlbəcər hərbi və siyasi uğurun nəticəsidir" - ŞƏRH EDİLDİ

"Kəlbəcər hərbi və siyasi uğurun nəticəsidir" - ŞƏRH EDİLDİ

"Kəlbəcər tuneli adlandırılan ərazi haqqında danışarkən qeyd etməliyik ki, söhbət Kəlbəcər ilə Laçın rayonlarını birləşdirən mühüm nəqliyyat xəttindən gedir. Bu tunel eyni zamanda 30-dan çox kəndin bir-biri ilə əlaqəsini təmin edən strateji əhəmiyyətli obyekt idi". Bu sözləri açıqlamasında politoloq Turan Rzayev deyib.


Turan Rzayev sözlərinə belə davam edib: "Ermənistanın Azərbaycan torpaqlarını işğal etməyə başladığı dövrdə Kəlbəcərin işğalı xüsusi strateji əhəmiyyət daşıyırdı. Ümumiyyətlə, Kəlbəcər mürəkkəb dağlıq relyefə malik ərazidir və bu cür coğrafiyada hərbi əməliyyatların aparılması olduqca çətindir.

 

Əslində, 1990-cı illərdə Azərbaycanda vahid siyasi iradə və koordinasiya daha güclü olsaydı, bu ərazilərdə müdafiəni daha effektiv təşkil etmək və düşməni uzun müddət yormaq mümkün ola bilərdi. Ermənistan tərəfi də Kəlbəcərin bu strateji və coğrafi üstünlüklərini yaxşı bildiyi üçün bu bölgəyə xüsusi önəm verirdi.

 

Lakin həmin dövrdə lazımi dəstəyin vaxtında göstərilməməsi, hərbi və siyasi idarəetmədəki problemlər, eləcə də düşmənin psixoloji müharibə üsullarından istifadə etməsi nəticəsində bölgədə ağır faciələr baş verdi və bu, Kəlbəcərin işğalı ilə nəticələndi.

 

Kəlbəcərin işğalı Birinci Qarabağ müharibəsi gedişində mühüm dönüş nöqtələrindən biri oldu və bundan sonra digər rayonların işğalı prosesi daha da sürətləndi.

 

Lakin tarix göstərdi ki, işğal qədər azadlıq da mühüm mərhələdir. 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın əldə etdiyi qələbə fonunda Kəlbəcər döyüşsüz, diplomatik razılaşma yolu ilə geri qaytarıldı.

 

Razılaşmaya əsasən müəyyən edilmiş vaxt çərçivəsində Azərbaycan ordusu Kəlbəcərə daxil oldu və bu ərazi yenidən ölkənin nəzarətinə keçdi.

 

Bu proses İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu hərbi və siyasi strategiyanın nəticəsi kimi qiymətləndirilə bilər. O, yalnız Ali Baş Komandan kimi deyil, həm də ölkəsinin coğrafi və strateji xüsusiyyətlərini dərindən bilən lider kimi bu prosesə rəhbərlik etdi. Məhz Kəlbəcər rayonunun bu şəkildə, yəni döyüşsüz, diplomatik razılaşma yolu ilə işğaldan azad edilməsi bunun nə qədər düzgün və strateji qərar olduğunu bir daha göstərir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
148 182 143 141 144 132

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.