ice berg

ice berg Texnologiya 2-04-2026, 21:00

"OpenAI"dən gözlənilməz qərar: Planlaşdırılan yeni funksiya təxirə salındı

"OpenAI"dən gözlənilməz qərar: Planlaşdırılan yeni funksiya təxirə salındı

"OpenAI" şirkəti daxili müzakirələr fonunda çatbotda "böyüklər rejimi"nin buraxılışını qeyri-müəyyən müddətə təxirə salıb.

 

loading.aZ xəbər verir ki, bu barədə "Financial Times" bir neçə mənbəyə istinadən məlumat yayıb. Şirkət nəşrə bu məlumatı təsdiqləyib.

 

Ötən il anons edilən "böyüklər rejimi" funksiyası ilə bağlı narahatlıqlar yaranıb. Belə ki, bu funksiyanın süni intellekt sistemlərinə qeyri-sağlam bağlılıq yarada biləcəyi, həmçinin uşaqlar və yeniyetmələrə mənfi təsir göstərə biləcəyi ehtimal olunur.

 

"OpenAI"dən bildirilib ki, belə məhsulun buraxılması ilə bağlı qərar verilməzdən əvvəl uzunmüddətli araşdırmalar aparmaq niyyətindədir.

 

"Süni intellekt dostları və ya ailəni əvəz etməməlidir, normal insani münasibətlər qorunmalıdır", - deyə nəşrə "OpenAI"nin keçmiş yüksəkvəzifəli əməkdaşlarından biri bildirib. O əlavə edib ki, qismən bu səbəbdən işdən ayrılıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
153 139 159 153 159 148

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.