ice berg

ice berg Moda.Dəb 1-04-2026, 21:48

Brend geyinmək - uğur göstəricisi yoxsa nümayiş vasitəsi?

Brend geyinmək - uğur göstəricisi yoxsa nümayiş vasitəsi?

“Son vaxtlar brend geyim anlayışı cəmiyyətdə daha çox əlçatmazlıq və göstərmə məqsədi ilə yanaşılır. İnsanlar geyimlərinin yaraşıb-yaraşmamasına yox, üzərindəki brend etiketinə üstünlük verirlər. Bu,xüsusilə efirə çıxan və şou-biznes nümayəndələri arasında geniş yayılıb”. Bunu açıqlamasında stil üzrə mütəxəssis, modelyer Şəlalə Maqsudova deyib.


Onun sözlərinə görə, brend geyimə can atmaq bəzən sadəcə nümayiş məqsədi daşıyır və bu da ictimaiyyətdə qıcıq yaradır: “İnsanlar "üzərimdəki brenddir" deməklə kifayətlənirlər. Əslində isə geyim insanın xarici görünüşü və şəxsiyyəti ilə uyğunlaşmalıdır. Bəzən brend məhsulun üzərinə süni şəkildə yüksək qiymət qoyaraq onun keyfiyyətli olduğunu göstərməyə çalışırlar. Halbuki bu yanaşma yanlışdır".


Şəlalə Maqsudova qeyd edir ki, yerli dizaynerlərin fərdi şəkildə hazırladığı geyimlər bir çox hallarda tanınmış markaların məhsullarından daha keyfiyyətli və zövqlü olur: “Ətrafımda elə xanımlar var ki, bahalı brend geyimləri aldıqları halda, onları düzəltdirməyə gətirirlər. Deməli, keyfiyyət problemi təkcə ucuz mallarda deyil, brend məhsullarda da ola bilər. Brend geyinmək zövq və şəxsiyyət məsələsidir, əlçatmazlıq simvolu deyil".

 

Ekspert hesab edir ki, cəmiyyətdə bu mövzuda maarifləndirmə vacibdir. Geyim təkcə brendə görə deyil, insanın öz stilinə və rahatlığına uyğun seçilməlidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
174 132 147 147 179 138

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.