AzizA

AzizA Texnologiya 2-04-2026, 13:20

İphone 20 əyri ekranlı olacaq - 2027-ci ildə İLK

İphone 20 əyri ekranlı olacaq - 2027-ci ildə İLK

Apple şirkətinin ilk iPhonenin 20 illiyi münasibətilə görünüş baxımından ciddi dəyişikliklərə malik yeni model hazırladığı iddia olunur.

Loading.az-ın xarici mediaya istinadən məlumatına görə, 2027-ci ildə təqdim olunması gözlənilən iPhone 20 modeli əyri kənarlı ekran və indiyədək heç bir flaqman smartfonda görülməyən dərəcədə incə çərçivələrlə təchiz ediləcək.

Ekran çərçivələrinin qalınlığı cəmi 1,1 millimetrolacaq.

Müqayisə üçün qeyd edək ki, hazırkı iPhone 17 Pro modelində bu göstərici təxminən 1,44 millimetrtəşkil edir. Fərq kiçik görünsə də, premium smartfonlar dünyasında belə millimetrlik dəyişikliklər vizual olaraq ciddi fərq yaradır.

Məlumatlara əsasən, Apple cihazlarında uzun müddət yalnız konsept səviyyəsində qalan əyri ekran dizaynı nəhayət reallaşa bilər. Bununla belə, şirkətin tam çərçivəsiz dizayndan hələlik imtina etməyəcəyi bildirilir.

Ön paneldə ekran kəsiyi qalacaq, lakin onun formasında dəyişiklik gözlənilir. İnsayderin iddiasına görə, Dynamic Island ya minimum ölçüyə endiriləcək, ya da Android istehsalçılarının istifadə etdiyi kimi kiçik kamera dəliyi ilə əvəz olunacaq.

Bu dəyişiklik iPhone 14 Pro ilə təqdim olunan və son illərdə Apple flaqmanlarının əsas dizayn elementi hesab edilən yanaşmanın məntiqi davamı kimi qiymətləndirilir.

Bununla yanaşı, “MacRumors” qeyd edir ki, phonefuturist mənbəyindən gələn məlumatlara ehtiyatla yanaşmaq lazımdır, çünki onun etibarlılığı tam təsdiqlənməyib. Lakin bu iddialar yubiley iPhone modeli ilə bağlı digər sızmalarla ziddiyyət təşkil etmir.

Dolayı olaraq, "iPhone"un uzunmüddətli gələcəyinə dair perspektivi "Apple"ın top-meneceri Qreq Cosviakın son açıqlaması da gücləndirir. O bildirib ki, şirkət ən azı növbəti 50 il ərzində iPhone istehsalını davam etdirməyi planlaşdırır.

Beləliklə, hələ təsdiqlənməsə də, ortaya çıxan məlumatlar yubiley modelin Apple tarixində ən texnoloji və yenilikçi cihazlardan biri ola biləcəyini göstərir. Əsas sual isə budur: Apple mühəndisləri bu iddiaları real məhsula çevirmək üçün nə qədər cəsarətli addımlar atacaqlar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
142 133 176 149 147 167

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.