ice berg

ice berg Evlilik 3-04-2026, 07:07

Qohum evliliyi ilə bağlı qadağanı pozanları hansı cəza gözləyir? - VƏKİL AÇIQLADI

Qohum evliliyi ilə bağlı qadağanı pozanları hansı cəza gözləyir? - VƏKİL AÇIQLADI

Azərbaycanda qohum evlilikləri məsələsi illərdir həm hüquqi, həm də sosial müstəvidə müzakirə olunan mövzulardan biridir. Qanunvericilik yaxın qohumlar arasında rəsmi nikahın bağlanmasına məhdudiyyət qoysa da, bu qadağanın praktikada necə tətbiq olunduğu və pozuntulara qarşı hansı addımların atıldığı cəmiyyətdə müxtəlif suallar doğurur. Xüsusilə, qeyri-rəsmi münasibətlər fonunda bu məsələnin hüquqi tərəfi daha da aktuallaşır. Bəs, qohum evliliyi ilə bağlı qadağanı pozanları hansı cəza gözləyir?

 

Məsələ ilə bağlı vəkil Elnur Məmmədov açıqlamasında bildirib ki, qohum evliliyi ilə bağlı əslində hər hansı bir xüsusi cəza tədbiri nəzərdə tutulmayıb:

 

“Yəni qadağa yalnız onunla bağlıdır ki, həmin şəxslərin nikahı dövlət qurumlarında qeydiyyata alınmır.

 

Onların nikahları rəsmiləşdirilmir, amma birlikdə yaşamalarına mane olan, bunu qadağan edən hər hansı bir cəza tədbiri də yoxdur. Onlar xaricdə evlənərək həmin ölkənin nikah orqanlarında rəsmiləşdirə bilərlər. Lakin Azərbaycanda bunu tanıda bilməzlər və eyni zamanda Azərbaycanda onların nikahı qeydə alınmayacaq.


Qeyd etdiyim kimi, xüsusi bir cəza tədbiri olmadığına görə, bunun qarşısını tam almaq mümkün deyil. Sadəcə, əgər hər hansı gizli və ya qeyri-qanuni yollarla, məlumatları yanlış təqdim etməklə nikahı qeydiyyata aldırmağa çalışsalar, bu halda həmin nikah etibarsız hesab ediləcək və etibarlılığı mübahisələndiriləcəkdir.

 

Ola bilər ki, bəzi sənədləri gizlətsinlər, ata adı, baba adı və ya digər məlumatları fərqli təqdim etsinlər. Əslində bu, mümkün olmasa da, hansısa yollarla həyata keçirilə bilər. Lakin qeyd etdiyim kimi, belə hallarda həmin nikah etibarsız sayılacaq”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
160 144 135 175 129 135

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.