İlan və mişar
Bir gün bir ilan mişarla rastlaşır və nə olduğunu bilmədiyi üçün ətrafınadolanıb,sixmağa çalışır. Sixanda mişarın dişləri ilanın bədəninə batır. Bunu mişarın hücumu kimi anlayan ilan "düşməni" daha bərk sıxmağa çalışır, sıxdıqca daha çox kəsilir kəsildikcə daha güclü sıxır və. özü-özünü doğrayıb öldürür. Çox vaxt mahiyyətini anlamadığımız problemin üstünə gedəndə, başqaları ilə dirəşəndə, kimisə sıxanda biz özümüzü həmin ilanın gününə salırıq. Halbuki, mişara sarılmasan,o,sənin üçün heç bir problem yaratmayacaq Mişara "qalib gəlməyin" yeganə yolu ona sürtünməməkdir.






