ice berg

ice berg Kişilər 7-04-2026, 06:00

Kişilər daha tez aşiq olur: Alimlərin məşhur mifləri təkzib etdi

Kişilər daha tez aşiq olur: Alimlərin məşhur mifləri təkzib etdi

Amerikalı psixoloq Mark Travers kişi və qadınların aşiq olma prosesində iki əsas fərqi açıqlayıb. Onun "Forbes" üçün yazdığı məqaləyə görə, getdikcə artan elmi tədqiqatlar göstərir ki, sevgi ilə bağlı bir çox stereotiplər əslində mifdən ibarətdir.

 

Loading.aZın məlumatına görə, Travers bildirir ki, son iki psixoloji araşdırma kişilərin romantik sevgini necə yaşadığını daha dəqiq və ümidverici şəkildə ortaya qoyur. Bu nəticələr həm köhnə stereotipləri təkzib edir, həm də cinslər arasında əsas fərqləri daha aydın göstərir.

 

Kişilər daha tez aşiq olur, qadınlar isə daha güclü hiss edir

 

2025-ci ildə "Biology of Sex Differences" jurnalında dərc olunan tədqiqat göstərib ki, kişilər adətən qadınlardan təxminən bir ay əvvəl aşiq olurlar. Bununla belə, qadınlar romantik hissləri daha güclü yaşayır və sevdikləri insan haqqında daha tez-tez düşünür.

 

Qadınlarda sevgi daha tez zirvəyə çatır

 

2024-cü ildə "Psychological Science" jurnalında yayımlanan başqa bir araşdırmaya görə, qadınlarda sevgi hissi münasibətlərin əvvəlində — xüsusilə nişan dövründə — daha yüksək səviyyəyə çatır. Bu mərhələdə qadınlar kişilərlə müqayisədə iki dəfə daha çox sevgi etirafı edir.

 

Ətraflı

Lakin evliliyin ilk iki ilində qadınlarda bu hisslərdə azalma müşahidə olunur və sonradan tərəflər arasında balans yaranır. Kişilərdə isə sevgi səviyyəsi daha sabit qalır və yalnız cüzi dəyişikliklər baş verir.

 

Psixoloqun fikrincə, bu nəticələr sevginin emosional inkişaf trayektoriyasının kişilər və qadınlarda fərqli olduğunu göstərir. Qadınlarda daha kəskin başlanğıc və dəyişikliklər müşahidə olunduğu halda, kişilərdə proses daha sabit və tədricən inkişaf edir.

 

Bu araşdırmalar iki geniş yayılmış mifin yanlış olduğunu göstərir:

 

* kişilərin emosional baxımdan uzaq olması və gec aşiq olması;

* qadınların hər zaman daha romantik olması.

 

Travers vurğulayır ki, bu nəticələr "daha doğru sevgi forması”nı müəyyən etmir. Əsas məqam tərəfdaşın necə sevdiyini — tempi, intensivliyi və inkişafını — anlamaqdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
181 173 203 184 155 166

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.