ice berg

ice berg Moda.Dəb 7-04-2026, 07:00

Podiumları "çirkli" geyimlər bürüyüb: Yeni trendin paradoksu nədir?

Podiumları "çirkli" geyimlər bürüyüb: Yeni trendin paradoksu nədir?

2026-cı ilin yaz–yay mövsümünün podiumlarında qüsursuz "sakit lüks” estetikasını idarə olunan xaos əvəz edir. Belə ki, qırışmış köynəklər, köhnəlmiş denim, qollardakı ləkələr və "əyləncə sonrası” görünüş effekti artıq üslub göstəricisinə çevrilib.

 

Loading.aZ xəbər verir ki, "Who What Wear” nəşrinin yazdığına görə, bu cür yanaşma "Messy Girl” trendini formalaşdırır. Əgər bir neçə mövsüm əvvəl moda ayı ideal ütülənmiş obrazlar və steril rəng palitrası ilə assosiasiya olunurdusa, indi məşhurlar ictimaiyyət qarşısına qəsdən qüsurlu görünən geyimlərdə çıxırlar.

 

Buna nümunə kimi aktyor Timoti Şalamenin Parisdə çiynində "çirkli” ləkə olan bomber gödəkçə ilə görünməsi göstərilir. Geyim bir neçə mövsüm aktiv istifadə olunmuş kimi təsir bağışlasa da, əslində bu, dizayner ideyası idi.

 

"Prada”nın kolleksiyasında tikişləri və manjetləri qəsdən "soyulmuş”, qəhvə və ya pas ləkəsi effekti verilmiş paltolar təqdim olunub. "Acne Studios” maksimal dərəcədə "baxımsız” denim nümayiş etdirib, "Aaron Esh” isə cins şalvarlara nəzərəçarpan ləkələr əlavə edib.

Ətraflı

 

Mütəxəssislər trendin populyarlığını geyimin "tarixini hiss etmək” istəyi və həddindən artıq cilalanmış görünüşə reaksiya ilə izah edirlər. Üstəlik, bu meyl artıq qarderobdan kənara çıxıb. SS26 nümayişlərində modellər səhnəyə dağınıq at quyruğu saç düzümü, qeyri-bərabər kəsilmiş çolka və sanki məclisə gedərkən taksidə tələsik çəkilmiş makiyajla çıxıblar.

 

Bununla belə, nəşr oxucuları realist olmağa çağırır:

 

"Hətta "çirkli"nin bu yeni interpretasiyası ilə belə, adi insan konfrans zalında çay ləkəli qolunu masaya qoyaraq, təəccüblə baxan hər kəsə sakitcə "Bu, "Prada"dır" deməyəcək. Söhbət, yəqin ki, özünə qarşı daha az sərt olmaqdan gedir. Qırışmış köynək artıq tənbəllik əlaməti deyil. Mükəmməl hamar olmayan, bir qədər dağınıq at quyruğu fərdiliyi ifadə edə bilər. Dizlərində istifadə izləri olan və zamanla yumşalmış cins şalvar isə ideal sayılır”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
165 171 152 162 182 135

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.