ice berg

ice berg Avto Dünya 11-04-2026, 20:00

270 mindən çox avtomobil geri çağırılır: "Chevrolet", "Cadillac"...

270 mindən çox avtomobil geri çağırılır: "Chevrolet", "Cadillac"...

"Chevrolet", "Buick", GMC və "Cadillac" brendlərinin sahibi olan ABŞ-nin "General Motors" (GM) korporasiyası arxa görüntü kamerasındakı nasazlıq səbəbindən ölkə üzrə 271 700 nəqliyyat vasitəsini geri çağıracaq.

 

Loading.aZ xəbər verir ki, məlumata görə, geriçağırma, əsasən, "Chevrolet Malibu" sedanlarını əhatə edəcək.

 

Avtomobillərin konkret buraxılış illəri hələlik qeyd olunmur. Tənzimləyici qurumun bildirdiyinə görə, nasazlıq arxa görüntü kamerasından gələn təsvirin monitorda əks olunmaması və ya təhriflə ötürülməsi ilə bağlıdır. Bu isə manevr zamanı qəza riskini artıran amil kimi qiymətləndirilir.

 

Şirkət yaxın vaxtlarda avtomobil sahiblərinə rəsmi bildirişlərin göndərilməsinə başlayacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
150 136 128 152 125 106

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.