ice berg

ice berg Texnologiya 16-04-2026, 12:00

Apple-dan qərar: Bu telefon modelləri tarixə QOVUŞUR

Apple-dan qərar: Bu telefon modelləri tarixə QOVUŞUR

"Apple"ın ən çox gözlənilən proqram yeniləmələrindən biri olan iOS 27 üçün geri sayım başlayıb. İyun ayında təqdim olunması gözlənilən bu versiya ilə yanaşı, bəzi köhnə "iPhone" modellərinin dəstək siyahısından çıxacağı artıq dəqiqləşir.

 

Loading.aZ xəbər verir ki, məlumatlara görə, xüsusilə 2019-2020-ci illərdə təqdim edilən bəzi cihazlar yeni yeniləməni almayacaq. Bu isə həmin modellər üçün proqram təminatı dəstəyinin sonu deməkdir.

 

iOS 27 yeniləməsini almayacaq modellər:

 

iPhone SE (2nd generation)

iPhone 11

iPhone 11 Pro

iPhone 11 Pro Max

 

Bu modellər uzun illər ərzində stabil yeniləmələr alsa da, artıq texniki imkanlar yeni nəsil xüsusiyyətlər üçün kifayət etmir. Xüsusilə A13 Bionic prosessorunun güc limitinə çatması, RAM məhdudiyyətləri və süni intellekt əsaslı yeni funksiyaların artması bu qərarın əsas səbəbləri kimi göstərilir.

 

Qeyd edək ki, Apple daha əvvəl də iPhone XR və iPhone XS modelləri üçün yeniləmə dəstəyini dayandırmışdı.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
135 116 146 136 143 174

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.