ice berg

ice berg Sağlamlıq 20-04-2026, 16:00

Vitamin çatışmazlığı Altsheymerə səbəb ola bilər?

Vitamin çatışmazlığı Altsheymerə səbəb ola bilər?

loading.aZın kp.ru saytına istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı həkim Mariya Çerdak danışıb.

 

O bildirib ki, həmin vacib maddələrin siyahısında B12 və D vitaminləri, eləcə də fol turşusu yer alır.

 

"B12 vitamini xüsusən sinir liflərinin bərpa prosesində mühüm rol oynayır. Əgər bu vitaminin qıtlığı yaranarsa, sinir sistemi hər bir səviyyədə zərər görür, həm beyin, həm də periferik sinirlər zədələnməyə məruz qalır", - deyə mütəxəssis vurğulayıb.

 

Mütəxəssis sağlam sinir toxumasının mühafizəsi və immun sisteminin normal fəaliyyəti üçün dəmirin də böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O, B12 vitamini ilə yanaşı, dəmirin də orqanizm tərəfindən ən rahat mənimsənilən mənbəyi kimi əti göstərib.

 

Mariya Çerdak qan analizlərinin nəticələrinə uyğun olaraq orqanizmdəki vitamin qıtlığını aradan qaldırmağı tövsiyə edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
110 152 144 121 116 103

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.