Esmeralda

Esmeralda Xəbərlər 6-11-2017, 09:59

Pensiya 7,6 manat artacaq

Pensiya 7,6 manat artacaq
Pensiya 7,6 manat artacaq


2018-ci ildə Azərbaycanda orta aylıq pensiya məbləğinin 216,5 manata çatacağı proqnozlaşdırılır.

Bu da 2017-ci ilin gözlənilən proqnozu ilə müqayisədə 7,6 manat və ya 3,6%, 2016-cı ilin faktiki göstəricisi ilə müqayisədə isə 24,3 manat və ya 12,6% çoxdur.

Bu barədə növbəti ilin büdcə layihəsində bildirilir.

Həmçinin, gələn il əmək pensiyaçıları üçün yaşayış minimumu 144,0 manat nəzərdə tutulub ki, bu da 2017-ci ilin gözlənilən nəticəsi ilə müqayisədə 13,8 manat və ya 10,6%, 2016-cı ilin faktiki göstərici ilə müqayisədə 21 manat və ya 17,0% artım deməkdir.

Layihəyə əsasən, əmək pensiyaçılarının 2018-ci ilin sonuna 1 milyon 304,1 min nəfər olacağı gözlənilir. 2017-ci ilin sonuna bu göstəricinin 1 milyon 311 min nəfər olması ehtimal olunur.

Qeyd edək ki, inflyasiyanın 2018-ci ildə 6,1%, 2019-cu ildə 4,3%, 2020-ci və 2021-ci illərdə 3,1% təşkil edəcəyi proqnozlaşdırılır. Bu göstərici 2017-ci ildə 13,2% gözlənilir

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
507 491 450 465 419 482

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.