AzizA

AzizA Texnologiya 28-04-2026, 13:30

Saxta Android yeniləmələrinə diqqət: "WhatsApp" hesabları oğurlanır

Saxta Android yeniləmələrinə diqqət: "WhatsApp" hesabları oğurlanır

İtaliyanın IPS şirkəti ilə əlaqəli olduğu bildirilən “Morpheus” adlı casus proqram saxta Android yeniləmələri vasitəsilə istifadəçilərin cihazlarına daxil olaraq “WhatsApp” hesablarını ələ keçirir.

Loading.az xəbər verir ki, hücum zamanı istifadəçinin mobil interneti kəsilir və ona saxta SMS göndərilərək “yeniləmə” adı altında zərərli tətbiqi yükləməsi istənilir.

Tətbiq quraşdırıldıqdan sonra isə saxta “WhatsApp” interfeysi ilə biometrik təsdiq tələb olunur. İstifadəçi bunu təsdiqlədikdə, proqram hesaba yeni cihaz qoşaraq bütün mesajlara və kontaktlara çıxış əldə edir.

Məlumata görə, bu sistem əsasən siyasi fəalları hədəf alır və rəsmi tətbiq mağazalarından deyil, yalnız kənardan yüklənən APK faylları ilə yayılır.

Mütəxəssislər istifadəçilərə şübhəli SMS linklərinə daxil olmamağı və naməlum tətbiqlərə xüsusi icazələr verməməyi tövsiyə edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
115 96 90 131 116 130

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.