ice berg

ice berg Texnologiya 30-04-2026, 14:00

“Apple”dan böyük yenilik: “iPhone” ekranları tamamilə dəyişə bilər

“Apple”dan böyük yenilik: “iPhone” ekranları tamamilə dəyişə bilər

“Apple”ın 2027-ci ildə təqdim edəcəyi 20 illik yubiley “iPhone” modeli üçün çərçivələri tamamilə yox edən “Maye Şüşə” (Liquid Glass) ekran texnologiyası üzərində işlədiyi iddia olunur.

 

Loading. AZ xəbər verir ki, sızdırılan məlumata görə, cihazın ekranı dörd tərəfdən oval olacaq və ekran çərçivələri demək olar ki, görünməyəcək.

 

Yeni texnologiya optik illüziya və işıq yönləndirməsi ilə daha “sərhədsiz” ekran görüntüsü yaradacaq.

 

“Apple”ın ekranı daha nazik və parlaq etmək üçün Samsungun xüsusi OLED texnologiyasından istifadə edəcəyi də bildirilir.

 

Bununla belə, “Face ID” və ön kameranın ekran altında yerləşdirilməsi hələ tam həll olunmayıb. Əgər mümkün olmasa, kiçik kamera dəliyi ola bilər.

 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
106 133 127 140 123 161

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.