Kukulka

Kukulka Xəbərlər 7-11-2017, 13:44

Bakıda 27 yaşlı oğlanın həzin sonu: Tək yaşaya bilmədi - TƏFƏRRÜAT

Bakıda 27 yaşlı oğlanın həzin sonu: Tək yaşaya bilmədi - TƏFƏRRÜAT





Dünən Bakı şəhər Suraxanı rayonu Binə qəsəbəsində 27 yaşlı Həsənov Orxan İsmayıl oğlunun özünü asaraq intihar etməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Loading.AZ lent.az-a istinadən xəbər verir ki, Orxan Həsənovun həmin evdə tək yaşadığı məlum olub. Belə ki, gənc oğlanın anası bir neçə il əvvəl vəfat edib. Atası isə bundan sonra həbsxanaya düşüb. Bacıları da ailə qurduğundan Orxan tək yaşamağa davam edib.

Bakıdakı bazarlardan birində alver edən və daimi işi olmayan 27 yaşlı oğlan zamanla spirtli içkilərə meyl edib. Bir neçə gün əvvəl isə o, evin qapısını arxadan bağlayaraq özünü asıb. Qonşular mənzildən kəskin iyin gəldiyini görüb ona zəng ediblər. Orxan telefona cavab vermədiyindən qonşular Orxanın bacısı ilə əlaqə saxlayıb. Hadisə yerinə gələn qadın qapının bağlı olması səbəbindən xilasedicilərə müraciət edib və Orxanın özünü asdığı məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
546 535 504 437 447 450

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.