ice berg

ice berg Münasibətlər 7-05-2026, 08:00

Müasir cütlüklər nənə və babalarını xoşbəxt edən 4 şeyi görməzdən gəlirlər

Müasir cütlüklər nənə və babalarını xoşbəxt edən 4 şeyi görməzdən gəlirlər

Keçmiş dövrlər bu gün tez-tez sərt gender rollarına görə tənqid olunur. Lakin həyat kouçu Debra Smus “YourTango” üçün yazdığı məqalədə bildirir ki, nənə və babaların ailə həyatından hər şeyi kənara atmaq düzgün deyil.

 

Loading.aZ xəbər verir ki, onun fikrincə, XX əsrin ortalarında qadınların istifadə etdiyi bəzi davranış modelləri bu gün də sağlam münasibətlərin qorunmasına kömək edə bilər. Smus vurğulayır ki, söhbət “ənənəvi evdar qadın” rolunun geri qaytarılmasından deyil, hər iki tərəfin mənimsəyə biləcəyi davranış prinsiplərindən gedir.

 

Planlı axşam yeməyi

 

Ekspertin fikrincə, günün ən gərgin vaxtı axşam saatlarıdır – ailə üzvləri yorğun və ac halda evə qayıdırlar. Bu səbəbdən əvvəlcədən planlaşdırılmış şam yeməyi münaqişələri azaldır və xaosun qarşısını alır.

 

Bundan əlavə, birgə yemək ailə üzvlərinə ünsiyyət imkanı yaradır. Araşdırmalar göstərir ki, ailəvi şam yeməkləri yeniyetmələrin psixoloji sağlamlığına müsbət təsir edir.

 

Evdə də səliqəli görünüş

 

Smus qeyd edir ki, insanlar evləndikdən sonra çox vaxt xarici görünüşlərinə diqqəti azaldırlar. Halbuki geyim insanın həm özünü hiss etməsinə, həm də münasibətlərdə enerjiyə təsir edir.

 

O, evdə də səliqəli və rahat görünüşə diqqət etməyi, iş rejimindən ev rejiminə keçidi şüurlu şəkildə etməyi tövsiyə edir.

 

Evin təmizliyi

 

Məqalədə üçüncü vacib məqam kimi ev təmizliyi göstərilir. Yığılmış qab-qacaq, paltar və dağınıqlıq insanlarda əlavə stress yaradır və istirahətə mane olur.

 

Müasir münasibətlərdə ev işlərinin hər iki tərəf arasında bölüşdürülməsi və ya imkan daxilində xidmətlərdən istifadə edilməsi tövsiyə olunur.

 

Daha az şikayət, daha çox müsbət ünsiyyət

 

Son olaraq, ekspert münasibətlərdə şikayət və narazılıqların azaldılmasının vacibliyini vurğulayır. Daim mənfi mövzuların müzakirəsi münasibətlərdə gərginlik yaradır.

 

Onun fikrincə, evə qayıtdıqdan sonra ən azı bir saat ərzində neqativ mövzulardan uzaq durmaq və günün yaxşı tərəflərini bölüşmək münasibətləri gücləndirə bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
111 132 128 144 136 115

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.