Ev 🫀
*🏡Ev…*
_bəzən dörd divar deyil — səssiz bir əməyin, görünməyən bir cihadın, qiyməti çox vaxt bilinməyən bir fədakarlığın adıdır. O evdə isə 7/24 çalışan bir qadın var… Saatı yoxdur onun. İstirahəti də yoxdur. Gecə yorğun düşsə belə, səhər yenə ayaqdadır. Çünki o sadəcə “evdə oturan” deyil — o bir ailənin sütunudur._
_O qadın səhər açılmadan qalxır… süfrə hazırlayır, uşaqları oyadır, evin nizamını qoruyur. Gün boyu yorulur, amma şikayət etmir. Bəzən etdiyi işlər görünmür, təşəkkür belə almır… Amma Allah görür._
*Uca Allah buyurur: “Şübhəsiz ki, Allah yaxşı iş görənlərin mükafatını zay etməz.”*
_📖 Tövbə, 120._
_O qadının hər zəhməti — bir savabdır. Hər süfrə qurması, hər yorğun halda belə gülümsəməsi — yazılır. Bəzən bir insanın ən böyük ibadəti, səcdədə deyil, səbir içində yaşadığı həyatdır._
_Muhammad (sallallahu aleyhi və səlləm) buyurur: “Sizin ən xeyirliniz ailəsinə qarşı ən yaxşı olanınızdır.”_






