ice berg

ice berg İdman 16-05-2026, 08:00

“Ayaks” “Barselona”nın qapıçılarını alır

“Ayaks” “Barselona”nın qapıçılarını alır

“Ayaks” “Barselona”nın qapıçısı Mark-Andre ter Ştegeni transfer etmək istəyir.

 

Loading .az xəbər verir ki, Niderland təmsilçisi heyətini təcrübəli qapıçı ilə gücləndirmək istəyir. 34 yaşlı futbolçu yanvar ayından etibarən “Girona” komandasında icarə əsasında çıxış edir.

 

Mənbənin məlumatına görə, “Ayaks” həmçinin “Barselona”nın digər qapıçısı İnyaki Penyanı da izləyir. O, hazırda “Elçe” komandasında icarə əsasında oynayır. Bildirilir ki, “Barselona” klubunda nə ter Ştegenə, nə də Penyaya ümid bəslənilir.

 

Ter Ştegen yanvar ayından budun arxa əzələsinin zədəsindən sonra bərpa prosesi keçir. Onun Kataloniya klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 4 milyon avro təşkil edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
95 106 81 147 85 116

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.