Ganbarofh

Ganbarofh Xəbərlər 9-11-2017, 18:26

Trampla Putinin YENİ SAZİŞİNİN DETALLARI

Trampla Putinin YENİ SAZİŞİNİN DETALLARI

"ABŞ prezidenti Donald Tramp Vladimir Putinlə görüş vaxtı Rusiya ilə münasibətlərin yaxşılaşmasını arzu etdiyini, amma ona öz vədlərini yerinə yetirməyə mane olduğunu deyəcək".
Bunu Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski "Rossiya 1" telekanalın efirində deyib.
"Tramp təktəbək görüşdə bizim prezidentimizə Konqresin, Senatın, məhkəmələrin, hər iki partiyanın və təhlükəsizlik qurumlarının ona qarşı olduğunu deyəcək", - Jirinovski bildirib.
Onun sözlərinə görə, Putin Ukrayna məsələsinin də yer alacağı ikitərəfli yeni saziş bağlamağa ümid edir.
Partiya liderinin fikrincə, ABŞ Konqresinin üzvləri Trampı müharibəyə itələyirlər, amma bu müharibə Rusiyaya qarşı deyil.
"Bu müharibə bizə qarşı deyil, başqa ölkəyə qarşıdır. Biz Trampın Uzaq Şərqdə etdiklərinə göz yumacağıq, o, isə Rusiyanın Ukrayna və Kiyevdə etdiklərinə göz yumacaq. Beləliklə, planetdə iki münaqişə bitəcək", - Jirinovski yekunlaşdırıb.
Qeyd edək ki, Vladimir Putinlə Donald Trampın sabah Vyetnamda görüşəcəyi barədə xəbər yayılıb. Xəbəri Kreml də təsdiqləyib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
599 569 557 588 560 569

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.