Aforizmlər (V)
- İnsan üçün gerçəklik nə özlüyündə xarici dünya, nə də özlüyündə daxili dünya olmayıb, bu ikisinin təmasından yaranır. (Əbu Turxan)
- İnsan üçün iki dünya var: birinin içində yaşayır, o birini öz içində qurur. Birinci yad, ikinci – doğmadır. (Əbu Turxan)
- İnsanın öz dünyasını genişləndirməsi təkcə öz şəxsi həyatı sayəsində deyil, həm də başqa insanların yaşantılarını da öz dünyasına qatması sayəsində mümkün olur. (Əbu Turxan)
- İnsanla uzlaşmayan dünyalar insan üçün yoxdur və insan özü də həmin dünyalarda yoxdur. (Əbu Turxan)
- İnsanlığın çatışmazlığı bizi təbiətdən ayırır. (Levinas)
- Kainatda boşluqlar yox, gizlinlər var; nə vaxtsa işıqlansa, xəzinələr bəlli olacaq. (Əbu Turxan)
- Kainatın insan dünyasında tutduğu yer bəzən insanın kainatda tutduğu yerdən də kiçik olur. (Əbu Turxan)
- Kölgəni yox edə bilmək üçün Günəş öz zirvəsinə qalxmalıdır. (Əbu Turxan)
- Kömürün küldən fərqi canında hələ də yanmaq potensialının qalmasıdır. (Tur Xander)
- Küləş tək alışıb yanmağın adəti yandırmaqdırsa, aqibəti – kül olmaqdır. (Əbu Turxan)
- Mahiyyətlər heç vaxt itmir; zaman keçdikcə müxtəlif libaslarda yenidən üzə çıxır. (Əbu Turxan)
- Mən haradayamsa, dünyanın mərkəzi də oradır. (Molla Nəsrəddin)
- Mənə dayaq nöqtəsi verin, yeri yerindən oynadım. (Arximed)
- Məntiq hamı üçün eyni olmasaydı, vahid bəşəriyyətdən danışmaq mümkün olmazdı. (Əbu Turxan)
- Məntiq sübut alətidir, intuisiya – kəşf aləti. (Puankare)
- Min bahar gəlsə də daş göyərməz. (Cəlaləddin Rumi)
- Mürəkkəb hadisələr dünyası yox, hadisələrin arxasında dayanan riyazi qanunlar daha vacibdir. (Verner Heyzenberq)
- Nəyə isə əlavə etmək mümkündürsə, kamil deyil, nədənsə bir şeyi götürmək mümkündürsə, əbədi deyil. (Kiçik Seneka)
- Nizam öncə xaosun bətnində olur və ancaq üzə çıxdıqdan sonra biz onu görə bilirik. (Əbu Turxan)
- Nizamın işıqlı və qaranlıq tərəfləri olduğu kimi, xaosun da qaranlıqları arxasında bir işıq vardır. (Əbu Turxan)






