Allahın ən böyük ordusu
Hikmətli bir kişidən soruşurlar:
• «Dünya'da Allah'ın ən güclü ordusu kimlərdir(nələrdir)?»
— Kişi belə cavab verir:
Dəmirə baxdım ən güclü dəmiri gördüm.
Oda baxdım dəmiri əritdiyini gördüm.
Suya baxdım odu söndürdüyünü gördüm.
Buludlara baxdım suyu daşıdığını gördüm.
Küləyə baxdım buludları dağıtdığını gördüm.
Dağlara baxdım küləyə qarşı durduğunu gördüm.
İnsanlara baxdım dağları dəldiyini gördüm.
Yuxunun insana qalib gəldiyini gördüm.
Dərd və kədərin yuxunu qaçırdığını gördüm.
Dərd və kədərin Allah'ın ən güclü əsgərləri olduğunu düşündüm və bunların yeri qəlbdir - dedim.
Dərd və kədəri yox etmək üçün qəlbin Allah'ı zikr etməsinin, vacib olduğunu gördüm.
Allah'ın ən böyük ordusu zikirdir.
"..Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır.”
Ra'd, 28.






