Harda müsəlman görsəm qorxuram deyir)
Bakıda qız məktəbi açmaq istəyən Hacı Zeynalabdin Tağıyev əvvəlcə İmperator III Aleksandrdan icazə istəsə də mənfi cavab alır. II Nikolay taxta çıxanda Hacı yenə cəhd edir. 1895-ci ildə Nikolayın tacqoyma mərasimində Zaqafqaziya müsəlmanlarını təmsil edən Hacı Zeynalabdin Tağıyev fürsəti fövtə vermir, çarın xanımı Aleksandra Fyodorovnaya çox bahalı hədiyyə bağışlayır və Bakıda onun adına qız məktəbinin açılmasını xahiş edir. Bu dəfə ox hədəfə dəyir. 1896-cı ildə şifahi, 2 il sonra isə rəsmi razılıq alınır.
Siz əsl məslənin davamına diqqət edin: “Lakin daxildəki düşmən qüvvələr yenə də bu iman və irfan insanına mane olmağa çalışırlar. Naəlac qalan Hacı QARAGURUHÇULARIN hədə-qorxularına son qoymaq üçün Məkkəyə, Mədinəyə, Kərbəlaya, Xorasana, İrana, İstanbula nümayəndələr göndərir. Onlar getdikləri şəhərlərin rəsmi din xadimlərindən imzalanmış və möhürlənmiş sənəd gətirirlər ki, Qurani-Kərimdə QIZ uşaqlarının təhsil almasında heç bir qadağa yoxdur. Müsəlman qızları müasir məktəblərdə təhsil ala bilərlər. Bununla da o, az da olsa CƏHALƏTİN ağzını qapaya bilir.”Bu nə deməkdi? Bu o deməkdi ki, tarix boyu Azərbaycanda elmin-təhsilin qarşısında dayanan İSLAM yox, İslamı tərsə anlayan bir qrup cahil, qaraguruh müsəlman olub. Hardan çıxarıram? — Diqqət edin, qızlar seminariyasını açmaq istəyən bir HACIDIR. Bu hacı inanclı və əqidəli bir müsəlmandı, elə bir müsəlman ki, bu işdə (qızların təhsil işində) tamaşaçı deyil, yaradıcı olmaq istəyir. Və olur. Bundan əlavə, bu hacı nümayəndələr göndərib dünyanın bir çox müsəlman alimlərinin rəsmi icazəsini alır. Onlar açıq-aydın yazırlar ki, Qurana əsasən bunun heç bir eybi yoxdur! Bir də Diqqət edin: Dünyanın müsəlman alimləri yekdil olaraq yazırlar ki, Qurana əsasən qızların təhsil almasının heç bir eybi yoxdu.
|
Bizim – milçək kimi ancaq çirkaba qonan bəzi ağzıgöyçəylərimiz bu təşəbbüsün banisinin bir Hacı olduğunu kölgədə saxlayaraq, dünya alimlərinin imzasını heç görmür, cahil bir qaraguruhçunun hacıya yaratdıqları maneəni qabardıb xorla deyirlər: — Müsəlman tarix boyu elmə-təhsilə qarşı olub. Xüsusi ilə də qızların təhsil almasına. Axı insafsız olmayın! Axı Azərbaycanın yaxın tarixində, o qədər aydın və ziyalının olmasına baxmayaraq qızların təhsil alması üçün cəhd edən İLK insan bir Hacıdır. Bu yetmirmi? Bu hər şeyi aydın etmirmi?
|
|
|






