ice berg

ice berg Avto Dünya 21-05-2026, 18:00

Çin yeni avtomobil brendini istifadəyə verir

Çin yeni avtomobil brendini istifadəyə verir

“Xiaomi Auto” rəsmi olaraq yeni avtomobil brendi “Sky Nomad”ı istifadəyə verəcək.

 

Loading.az xəbər verir ki, bu barədə “Carscoops” məlumat yayıb. Yeni marka altında artırılmış yürüş ehtiyatına malik hibrid avtomobillər istehsal olunacaq.

 

Brendin ilk modeli daxili kod adı “Kunlun N3” olan tamölçülü yolsuzluq avtomobili olacaq. Onun satışa çıxarılması 2026-cı ilin ikinci yarısına planlaşdırılıb. Avtomobilin uzunluğu 5300 mm-dən çox, təkər bazası isə təxminən 3100 mm olacaq. Model generator funksiyasını yerinə yetirən 1,5 litrlik turbomühərriklə təchiz ediləcək. Yalnız elektrik enerjisi ilə yürüş ehtiyatı 400–500 km, ümumi yürüş məsafəsi isə təxminən 1500 km təşkil edəcək.

 

“Sky Nomad” ailə yönümlü hibrid avtomobillərin istehsalına fokuslanacaq. Brendin əsas rəqibləri arasında Li Auto və Aito göstərilir. Bildirilir ki, avtomobillər təkcə Çində deyil, digər bazarlarda da satışa çıxarılacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
125 116 86 107 117 97

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.