ice berg

ice berg Texnologiya 5-06-2026, 18:00

“Apple Glass” haqqında yeni məlumatlar sızdı: çıxış tarixi və xüsusiyyətlər

“Apple Glass” haqqında yeni məlumatlar sızdı: çıxış tarixi və xüsusiyyətlər

“Apple”ın ilk ağıllı eynəyi olan “Apple Glass” modelinin 2027-ci ilin sonlarında təqdim ediləcəyi bildirilir.

Loading.az xəbər verir ki, layihə şirkət rəhbərliyi tərəfindən prioritet hesab olunur və uzun müddətdir üzərində iş görülür.

Sızan məlumatlara görə, eynək oval formalı kameralarla təchiz olunacaq, müxtəlif rəng və çərçivə seçimləri təqdim edəcək, foto və video çəkə biləcək, telefon zəngləri, bildirişlər və musiqi üçün mikrofon və dinamiklərə sahib olacaq.

Cihazın əsas üstünlüklərindən biri Siri ilə işləyən süni intellekt funksiyaları olacaq. İstifadəçilər səsli əmrlərlə məlumat ala və müxtəlif tapşırıqları yerinə yetirə biləcəklər.

“Apple” gələcəkdə bu məhsulu daha da inkişaf etdirərək ona sağlamlıq izləmə və artırılmış reallıq (AR) imkanları əlavə etməyi planlaşdırır. İlk nəsildə isə ekranlı AR eynəkdən çox, “Meta Ray-Ban” tipli ağıllı eynək konsepsiyasına yaxın olacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
88 108 91 92 108 84

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.