ice berg

ice berg Programlar 6-06-2026, 08:00

“Windows”un pulsuz sürətləndirilməsinin sirri açıqlandı

“Windows”un pulsuz sürətləndirilməsinin sirri açıqlandı

Windows 11-də əməliyyat sistemini (OS) əhəmiyyətli dərəcədə sürətləndirə biləcək funksiyalar açıqlanıb.

 

Loading.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər əsas problem kimi əməliyyat sisteminin vizual hissəsinin yaxşı optimallaşdırılmaması və buna görə də bəzi effektləri söndürməyi məsləhət görürlər. Onlar sistemin yavaşlamasına səbəb olan funksiyalar kimi şəffaflıq və animasiya effektlərini göstəriblər və bu parametrlərin deaktiv edilməsinin "Windows"u effektiv və tamamilə pulsuz şəkildə sürətləndirə biləcəyini bildirirlər. 

 

Mütəxəssislər bildirib ki, animasiyalar kompüter ekranında göstərilən hər bir əməliyyata kiçik gecikmələr əlavə edir. Onlar cəmi bir neçə millisaniyə vaxt aparır, amma hər gün minlərlə əməliyyat etdikdə animasiyalar istifadəçini nəzərəçarpacaq dərəcədə ləngidir. Animasiyaları söndürmək üçün “Xüsusi imkanlar” bölməsinə daxil olub “Vizual effektlər” alt bölməsinə keçmək lazımdır. Orada “Animasiya effektləri” parametrini deaktiv etmək kifayətdir.


Şəffaflıq effektləri isə müəllifin sözlərinə görə, Windows interfeysində obyektləri bulanıq göstərir və praktiki faydası yoxdur.

 

Bu parametrlər “Fərdiləşdirmə” bölməsinin “Rənglər” alt bölməsində yerləşir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
142 136 119 103 97 108

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.