ice berg

ice berg Məsləhətlər 3-07-2026, 15:00

İsti havada bunu etməyin: soyuq duş yuxunuzu poza bilər

İsti havada bunu etməyin: soyuq duş yuxunuzu poza bilər

İsti yay gecələrində yatmazdan əvvəl soyuq duş qəbul etmək sərinləməyə kömək edəcək kimi görünsə də, əslində yuxuya getməyi çətinləşdirə bilər. 

 

Loading.az xarici mediaya istinadən xəbər verir ki, bir çox insan isti havada günün yorğunluğunu atmaq və sərinlənmək üçün soyuq duş qəbul etməyin faydalı olduğunu düşünür. 

 

Mütəxəssislər bildirirlər ki, yatmazdan əvvəl duş qəbul etmək faydalıdır, amma su nə buz kimi soyuq, nə də həddindən artıq isti olmalıdır.

 

Onların sözlərinə görə, yatmazdan təxminən bir saat əvvəl ilıq duş qəbul etmək dəridəki qan damarlarını genişləndirir. Nəticədə duşdan çıxdıqdan sonra bədən istiliyi daha effektiv şəkildə xaric olur və orqanizm daha rahat soyuyur.

 

İlıq duş dərhal sərinlik hissi yaratmasa da, onun təsiri daha uzunmüddətli olur və gecə boyu bədən temperaturunun tənzimlənməsinə kömək edir.

 

Həkimlər vurğulayıb ki, yuxu zamanı bədənin həddindən artıq qızması yuxunun keyfiyyətini aşağı salır və müddətini qısaldır. Xüsusilə də dərin yuxu mərhələsi azalır ki, bu da səhər yorğun oyanmağa səbəb olur.

 

Ayaqlar vasitəsilə istiliyin tənzimlənməsi bədənin ümumi temperaturunun aşağı düşməsinə kömək edir və daha rahat yuxuya getməyə şərait yaradır.

 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
83 89 109 66 76 87

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.