cabir

cabir İdman 7-07-2026, 23:06

Erve Renar Tunis millisi ilə vidalaşdı

Erve Renar Tunis millisi ilə vidalaşdı

Fransalı mütəxəssis Erve Renar futbol üzrə Tunis millisinin baş məşqçisi vəzifəsindən ayrıldığını açıqlayıb. "Instagram" hesabında paylaşım edib.  

Erve Renar Tunis millisinə dünya çempionatının qrup mərhələsinin ilk turundan sonra - iyunun 16-da baş məşqçi təyin olunmuşdu. Həmin vaxt Tunis millisi ilk oyunda İsveçə 1:5 hesabı ilə məğlub olmuşdu. Onun rəhbərliyi altında komanda Yaponiyaya 0:4, Niderlanda isə 1:3 hesabı ilə uduzub və qrup mərhələsini keçə bilməyib.

"2026-cı il dünya çempionatında iştirak etmək imkanı yaratdığına görə Tunis Futbol Federasiyasına ən səmimi təşəkkürümü bildirirəm. Mənim macəram burada başa çatır", - deyə Renar yazıb.

57 yaşlı mütəxəssis daha əvvəl Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi vəzifəsindən də dünya çempionatı başlamazdan əvvəl ayrılmışdı.

Erve Renar məşqçilik karyerası ərzində Mərakeş, Kot-d'İvuar, Anqola və Zambiya millilərini də çalışdırıb. O, Kot-d'İvuar və Zambiya yığmalarını Afrika Millətlər Kubokunun qalibi etməyi bacarıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
86 73 74 57 55 55

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.