Ulyaa

Ulyaa Məsləhətlər 8-07-2026, 13:55

Gözümüzü məhv edə biləcək eynəklər var

Gözümüzü məhv edə biləcək eynəklər var

Həkim-oftalmoloq Darya Orlova ultrabənövşəyi (UV) filtri olmayan gün eynəklərinin göz sağlamlığı üçün ümumiyyətlə eynək taxmamaqdan daha təhlükəli olduğunu açıqlayıb.

Həkimin sözlərinə görə, tünd linzalar özlüyündə gözləri qorumur. Eynəklərdə UV filtri yoxdursa, onlar yalnız qaraltma effekti yaradır. Nəticədə göz bəbəyi genişlənir və daha çox ultrabənövşəyi şüa gözə daxil olur.

D.Orlovanın açıqlamasına əsasən, bu zaman mənfi təsir əsasən torlu qişaya və göz bülluruna yönəlir. Bu isə gözlərin ciddi zədələnməsi riskini əhəmiyyətli dərəcədə artırır.

Keyfiyyətsiz plastikdən hazırlanan və optik təhriflərə malik linzalar problemi daha da ağırlaşdırır. Belə linzalar göz əzələlərini normadan artıq yükləyərək onların tez yorulmasına səbəb olur.

Mütəxəssis qoruyucu gün eynəklərinin yalnız ixtisaslaşmış optika mağazalarından alınmasını tövsiyə edir. Şübhə yarandığı halda eynəyin qoruyucu xüsusiyyətlərini spektrometr adlanan xüsusi cihaz vasitəsilə yoxlamağın mümkün olduğunu bildirib.

Orlova vurğulayıb ki, gün eynəyi yalnız aksesuar deyil, həm də göz xəstəliklərinin qarşısının alınmasında mühüm rol oynayan tibbi vasitədir. Xüsusilə, günəş şüalarının daha güclü əks olunduğu su hövzələri, çimərliklər və dağlıq ərazilərdə qoruyucu gün eynəklərindən istifadə mütləqdir.

Həkim həmçinin xatırladıb ki, ultrabənövşəyi şüalar buludlu havada da təsirini saxlayır. Məhz buna görə də gündüz saatlarında açıq havada olarkən keyfiyyətli, UV filtrli gün eynəklərindən istifadə edilməlidir. UV filtrli kontakt linzalar isə ənənəvi gün eynəklərinin təmin etdiyi tam qorunmanı əvəz edə bilmir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
52 49 72 46 48 52

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.